Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Hüseyn Arif ev muzeyi və Ağstafa rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə  Aşıq Ələsgərin 200 illik yubileyi  münasibətilə ”Azərbaycanın aşıq sahəsinə böyük şöhrət qazandıran  Aşıq Ələsgər” başlığı altında onlayn tədbir keçirildi

30.10.2021

30 oktyabr 2021-ci il tarixində Ağstafa rayon Hüseyn Arif ev muzeyi və Ağstafa rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə  Aşıq Ələsgərin 200 illik yubileyi  münasibətilə "Azərbaycanın aşıq sahəsinə böyük şöhrət qazandıran  Aşıq Ələsgər" başlığı altında onlayn tədbir keçirildi. Tədbirə orta məktəb şagirdləri də dəvət olunmuşdu. Tədbir zamanı Ağstafa rayon Hüseyn Arif ev muzeyinin baş fond mühafizi Rövşanə Mahmudova Aşıq Ələsgərin aşıq yaradıcılığının bütün sahələrinə müraciət etməsindən və aşıq sənətində böyük iz qoymasından söhbət açdı. Daha sonra orta məktəb şagirdləri dəyərli sənətkarın vətənə, elə bağlı yazdığı şerlərindən səsləndilər.